Oxfam xeyriyyə təşkilatının araşdırmasına görə, 85 varlı insanın sərvəti – təqribən 1,7 trilyon dollar planet əhalisinin yoxsul hissəsinin vəziyyəti ilə müqayisə edilib. Bu zaman isə təqribən 3,6 milyard insan nəzərə alınmışdır.
Əhalinin 1%-i dünya sərvətinin yarısına sahibdir. Həmin əhaliyə ümumilikdə 110 trilyon dollar məxsusdur. Bu yoxsul əhalinin sərvətindən 65 dəfə çoxdur.
Zamanla dünya zənginliyinin böyük hissəsinin ayrı-ayrı insanların əlində cəmlənməsi daha da artmaqdadır. Keçən il milyarderlərin sayı 210 nəfər artaraq 1426 nəfər olmuşdu. Onların ümumi sərvəti isə 5,4 trilyon dollar təşkil edirdi.
Müqayisə üçün Hindistana nəzər yetirək. Son 10 ildə bu ölkədə milyarderlərin sayı 6-dan 61-ə yüksəlmişdir ki, onların ümumi sərvəti 250 milyard dollar təşkil edir. 2008-ci ildə isə bütün dünyanın sərvətinin 26%-i Hindistan milyarderlərinə məxsus idi.
Oxfam araşdırmasında yaranmış vəziyyətin dəyişdirilməsinin mütləq olduğu qeyd edilmişdir. Çünki bu qeyri-bərabərliyin yüksək həddə olduğu ölkələrdə siyasi və sosial sabitliyə təhlükə yarada bilər. Bu ölkələrə isə ilk növbədə Rusiya, Hindistan, Braziliya, Meksika, Argentina, Çin, Türkiyə kimi inkişaf etməkdə olan dövlətlər daxildir.