Sığorta bazarının əsas iştirakşılarından olan “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri 40% böyüyüb.
Banker.az bu barədə Sığorta Şirkətinin 1 yanvar 2018-ci il tarixinə olan illik audit hesabatına istinadən xəbər verir. Hesabat “E&Y”in Azərbaycan üzrə törəmə şirkəti tərəfindən tərtib edilib.
Hesabata görə, “PAŞA Həyat” cəmi aktivləri ötən ilin əvvəli ilə müqayisədə sonu 62,79 mln. manat artaraq 218,23 mln. manat həcmində olub.
Şirkətin cəmi öhdəlikləri 59 mln. artaraq 160,04 mln., cəmi kapitalı isə 8 mln. manat artaraq 58.18 mln. manat həcmində olub. Cəmi aktivlərin də, 17,69 mln. manatı bölüşdürülməmiş mənfəətdir.
Mənfəətlə bitirə bilib, gəlirləri iki dəfə artıb
“PAŞA Həyat” ötən ilin 4 rübünü 152,28 mln. ümümi gəlir etməklə ili 17,75 mln. xalis mənfəətlə bitirib. Hesabatı analiz etdikdə məlum olur ki, Sığorta Şirkətinin cəmi gəlirləri hesabat dövründən öncəki illə müqayisədə 2 dəfəyə yaxın daha çox gəlir əldə edib.