“NBC Bank”nın biznes kredit məhsulunun maksimum məblğini 2 dəfə azaldıb.
Bu barədə Banker.az saytının monitorinq qrupunun araşdırmasında məlum olub.
Məlumata görə, “Orta biznes krediti” məhsulunun maksiumum məbləğinin həddi azaldılaraq 500 000 manatda saxlanılıb. Məlumat üçün bildirək ki, bu günə qədər maksimum məbləğ 1 000 000 manat idi.
Qeyd edək ki, bu biznes kredit məhsulu 12 aydan 60 ay müdətinə qədər verilir.