3 C
Baku
Saturday, December 14, 2024

Caz musiqisi ilə işdə uğur qazanmağın yolları

Bir çox hallarda öz fəaliyyət sahənizlə bağlı olmaya fəaliyyət növlərindən də faydalı və yeni şeylər öyrənə bilərsiniz. Bu hətta bir-biri ilə əlaqəsi belə olmayan fəaliyyət sahələri üçün də keçərlidir. Çünki hər sahənin konsepsiya, yanaşma və ideologiya kimi əsas cəhətləri var.

Cazmenlər təqdimatın, məhsuldarlığın və brendinqin necə yaradılmasını yaxşı bilirlər.

Yəqin ki, caz konsertlərdə iştirak etdikdə musiqinin harmonik axınını, musiqiçilərin bir-birilərinə necə qüsursuz uyğunlaşdığını müşahidə etmisiniz. Bu yaxınlarda Next Avenue-nun redaktoru Donne Sapolin caz musiqisindəki prinsipləri müxtəlif fəaliyyət sahələrinə də tətbiq etməyin mümkün olduğu ideyasını irəli sürdü. Beləliklə o, işdə uğur əldə etmək üçün 5 caz dərsi təqdim edir:

djaz01

1. Öz tarixçənizi yazın və onun emosional gücü ilə ətrafdakı heyran qoyun.

Ən yaxşı caz musiqiçiləri öz musiqilərinin tarixçəsini danışırlar: bu tarixçədə başlanğıc və son yaxşı bəllidir, əsas hadisələr arasında isə əlaqəli keçidlər vardır. Hər bir şirkət və əməkdaşın nəyə nail olmaq istədikləri ilə bağlı bir “hekayəsi” olmalıdır. Biz həmçinin öz biznesimiz və karyeramızı dəstəkləmək üçün fərdi brendimizin inkişaf etdirilməsi üzərində işləyirik. Bizə həyat tarixçəmizin əsas süjet xəttini müəyyən etmək və onu gündəlik fəaliyyətimiz əsnasında necə inkişaf etdirməyin ən yaxşı üsullarını tapmaq lazımdır.

2. İmprovizə edin, lakin əsas məqsədinizi unutmayın.

Cazmenlər mərkəzi mövzu əsasında öz fərdi musiqilərini yaradırlar və dinləyiciləri maraqlı bir səyahətə çıxarırlar. Lakin onlar həmişə son nöqtədə harada olacaqlarını bilirlər. Onların daxili ilhamları isə bizi yoldan çıxmağa qoymayaraq məhz bu nöqtəyə gətirib çıxarır.

Hər zaman əsas məqsədi ağlın bir kənarında saxlayaraq yeni ideyalar düşünüb, onları sınaqdan keçirmək lazımdır. Belə olduqda, onu həyata keçirmək üçün daha geniş imkanlar əldə etmiş olacağıq.

3. Uğurunuzu və minnətdarlığınızı digər insanlarla da bölüşün.

Musiqiçilər hər hansı musiqi kompozisiyasını ifa etdikdə səhnədə növbə ilə yer alırlar. Bu auditoriyaya fikrini cəmləməyə, onların ustadlıq səviyyəsindən və ayrı-ayrı musiqi alətlərin uyumlu səslərindən zövq almaq imkanı verir.

Bunu işgüzar mühitdə belə izah edə bilərik: hər bir əməkdaşı kolleqaları qarşısında tərifləmək və işgüzarlığı səbəbindən minnətdarlıq etmək lazımdır. Belə olduqda əməkdaşlar özlərini əməkdaşlarının və rəhbərlərinin gözündə dəyərli bir işçi olaraq görürlər.

dzhazz

4. İş prosesi arasında fasilələr edin.

Caz konserti zamanı kompozisiyadan asılı olaraq musiqiçilərin sayı azala və yaxud arta bilər. Musiqiçinin biri kompozisiyanın hər hansı bir hissəsində artıq iştirak etmirsə səhnəni tərk edə bilər. Bu da auditoriyanın diqqəti əsas cazmenlərə ayırmasına kömək edəcək. Bu musiqiçinin özünün isə fasilə etməsinə və növbəti ifaya qədər dincəlməsinə şərait yaradır.

Bu biznesdə də belədir: şirkətlər iş günü ərzində əməkdaşlarına qısa fasilələr yarada bilərlər. Qısa yuxu, gümrahlıq gətirən gəzinti, meditasiya – bütün bunlar gümrahlığa səbəb olaraq yaradıcı prosesə təkan verir.

5. Tam olaraq prosesə yüklənin və ondan həzz alın.

Cazmenlər özlərini bütünlüklə musiqiyə həsr etdikdə artıq onlar ahəng rəssamlarına çevrilirlər. Onlar öz ifalarından həzz almağı bacarırlar.

Öhdəliklərin birləşməsi, fikri toplamaq və məmnunluq – onların əsl musiqilərini yaratmağa kömək edən amillərdir. Biz də onlardan nümunə götürməliyik. Məhz bütün gücü toplayaraq çətin tapşırıqlara yüklənmək, problemlə üz-üzə dayanmaq və onun həllindən məmnunluq hissi yaşamaq uğurun ən yaxşı düsturudur.

Son xəbərlər
Digər xəbərlər