Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği təsdiqlənib.
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 manat.
Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 manat.
Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 manat.