13 C
Baku
Friday, November 22, 2024

Ödəniş qabiliyyətinin müvəqqəti itirilməsi – hələ son deyil!

Qeyri-stabillik və hadisələrin gözlənilməz inkişafı bizim gündəlik həyatımızın iki əsas xüsusiyyətidir. Hələ dünən dünya stabil və qayğısız görünürdü, bu gün isə gözlənilməz problemlər peyda oldu. Bu problemlər isə “işıqlı” gələcəyimiz önündə böyük bir maneədir.

Üstəlik də kredit öhdəliyi ola-ola bu vəziyyətə düşmək çox xoşa gəlməz haldır. Məlumdur ki, kredit faizləri daimi olan haldır və heç bir hadisəyə baxmadan öz işinə davam edir.

Kreditə görə ödəniş qabiliyyətinin itirilməsinin ən geniş yayılmış nümunələrindən biri daimi gəlir mənbələrinin əldən çıxmasıdır. Mənfi nəticələrlə üzləşməmək üçün bu halda necə davranmaq lazımdır?

Ən başlıcası, bu halla üzləşdikdə “gizlənmək” və telefonu söndürmək lazım deyil. Hazırda borcalanın öz işini itirməsi ilə bağlı vəziyyət banklara çox yaxşı tanışdır. Buna görə də banklar və kreditorlar tərəfindən borcalanın kredit yükünü azaltmaq üçün bir sıra tədbirlər və prosedurlar işlənib hazırlanmışdır və bu uğurla həyata keçirilir. Buna görə də, borcalan onda yaranmış çətinliklərlə bağlı bankı nə qədər tez məlumatlandırsa, problem də bir o qədər tez aradan qaldırılmış olar. Kreditorla problemin həll edilməsi borcalanın öz əlindədir!

Yuxarıda göstərilən problemin həlli üçün bir sıra üsullar mövcuddur. Onlardan daha çox istifadə olunanları ilə tanış olaq:

  • Borcun yenidən qurulması. Bank müəyyən bir vaxt ərzində hər ay ödənilməli olan borc məbləğini azalda bilər. Bu halda kredit razılaşmasının ümumi müddəti daha uzun müddətə uzadıla bilər;
  • Kreditin yenidən maliyyələşdirilməsi. Müxtəlif kredit təklifləri borcalana kredit öhdəliklərini daha sərfəli kredit şərtlərinin olduğu başqa bir banka köçürmək imkanı verə bilər. Bu halda hər iki bankın razılığı tələb olunur;
  • Girov predmetinin satılması. İpoteka krediti və avtomobil kreditlərində girov predmeti satıla və vəsaitin ödənilməsi ilə bağlı problem aradan qaldırıla bilər. Bu halda da həmçinin bankın razılığı tələb olunur. Belə ki, satışdan öncə girov predmetindən kredit öhdəliyin götürülməsi ilə bağlı proseduru keçmək mütləqdir. Hər şey uğurla başa çatsa banka olan borc bağlanacaq və borcalanın kredit tarixçəsi korlanmayacaq
Son xəbərlər
Digər xəbərlər