13 C
Baku
Friday, November 22, 2024

Qısa müddətli kredit haqqında ümumi məlumat

Tez-tez bizə həyatımız üçün vacib əşyaların alınması üçün təcili olaraq pul lazım olur.

Evlərin bahalaşdığı bir zamanda ev almaq, universitetdə təhsil haqqının ödəmək və yaxud qəfil yaranan maliyyə çətinliyini aradan qaldırmaq üçün bizə gərəkli olan tək şey puldur.

Lakin bu pulları tez bir zamanda qazanmağa vaxt yoxdur və mümkün deyil.

Bu halda tələb olunan məbləği tez və rahat əldə etməyin ən optimal yolu qısa müddətli kreditdir. Bu bir il müddətinə verilən kreditlərdir. Qaydalara əsasən, burada məbləğ o qədər də çox olmasa da, ehtiyacları qarşılamaq üçün kifayət edir.

Qısa müddətli kredit əldə edərək fiziki şəxslər bu məbləğlə öz tələbatlarını ödəyə və bir çox maliyyə problemlərini həll edə bilərlər. Qaydalara əsasən, bu növ kreditin əldə edilməsi uzun müddətli kreditlərin əldə edilməsindən daha rahatdır. Bu kreditlərin əldə edilməsində formallığa bir o qədər də üstünlük verilmir.

Bu növ kreditlərin mənfi cəhəti isə burada faiz dərəcəsinin yüksək olmasıdır. Banklar bunu fayda əldə etmək və qeyri-ödəniş halları riskindən azad olmaq üçün tətbir edirlər.

Hazırda overdarft xidməti də kifayət qədər geniş yayılmışdır. Bu xidmətdən həm fiziki, həm də hüquqi şəxslər çox tez-tez istifadə edirlər. Bu cari hesabdakı qalıq məbləğdən artığını xərcləməyə imkan yaradan bir xidmətdir.

Daha sadə formada desək, qısa müddətli kredit – overdraft hazırda hesabda olan məbləğdən artıq bir məbləği istifadə etmək imkanı yaradır. Bankın pullarından öz hesabınız vasitəsilə istifadə edə və xərclədiyiniz pulu mümkün olduğu bir zamanda geri qaytara bilərsiniz. Limiti aşan belə məbləğdən istifadə etmək isə yalnız bankla razılığa gəldikdən sonra mümkündür.

Hüquqi şəxslər overdraft xidmətindən istifadə etməklə öz tərəfdaşları, müştəriləri və əməkdaşlarına təhlükəsiz və sürətli ödəniş etmə imkanı əldə edirlər. Fiziki şəxslər isə adətən bu xidmətdən gündəlik tələbatlarını ödəmək üçün alış-verişlər və müntəzəm ödənişlər məqsədilə istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər