10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan avrobondları niyə ucuzlaşıb? – Səbəblər açıqlanıb

Azərbaycanın Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropa bazarlarında dövriyyəyə buraxdığı 1,25 mlrd. ABŞ dəyərində avrobondlar bu ilin əvvəlindən 5%-dən çox ucuzlaşıb. Belə ki, nominal dəyəri 1 000 dollar olan 1,25 mln. ədəd istiqraz yanvarda 1 050 dollara alınıb-satılırdısa, hazırda qiymət 995 dollardır.

Qiymətli kağızların dəyərdən düşməsinə həm ölkədaxili, həm də ölkəxarici amillər təsir edib. Bunlar aşağıdakılardır:

– ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması – Bu qərar nəticəsində səhm bazarında ucuzlaşma baş verib və investorlar daha təhlükəsiz olan ABŞ-ın dövlət istiqrazları bazarına yönəliblər. Hazırda 10 il tədavül müddəti olan Amerika borc alətlərinin illik gəlirliliyi 2,77%-dir. 30 il müddətinə dövriyyəyə buraxılmış kağızlara isə illik 3,01% gəlirlilik vəd edilir. Bu istiqrazları alanlar avtomatik olaraq inkişaf etmiş ölkələrin bondlarından, o cümlədən də Azərbaycana məxsus borc qiymətli kağızlarından imtina edirlər. Son nəticədə avrobondlarımız ucuzlaşır.

1cb18fe2 7fcd 4c8d 872c 737358c2889d

– Qlobal səviyyədə Rusiyaya qarşı atılan addımlar – 20-yə qədər ölkədən rus diplomatlarının çıxarılması, rəsmi Moskva ilə həmin ölkələr arasında siyasi böhranın dərinləşməsi Rusiya iqtisadiyyatına mənfi təsir edir. Bunun əyani sübutu ötən həftə Rusiyanın dövlət istiqrazlarının illik faiz dərəcəsinin orta hesabla 7,01%-dən 7,06%-ə qədər artmasıdır. Mövcud vəziyyət Rusiya ilə bağlılığı olan Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyətdən narahatlıq yaradır və bu, regionun, o cümlədən Azərbaycanın iqtisadiyyatına inamı müəyyən qədər azaldır, avrobondlarını ucuzlaşdırır.

– Gələn ay Azərbaycanda keçiriləcək prezident seçkiləri – Maliyyə bazarlarındakı təcrübə göstərir ki, istənilən ölkədə seçkilərdən əvvəl iqtisadiyyatla bağlı qeyri-müəyyənlik yaşanır, seçkidən sonrakı vəziyyəti proqnozlaşdırmaq çətinləşir. Son nəticədə risk amili ilə əlaqədar istiqrazlar ucuzlaşır.

6e8ea772 3ca0 421d 9ec2 c677b35ad0cc

– “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin restrukturizasiyası çərçivəsində dövlətin borc yükü artıb. Bu da mövcud istiqrazların dəyərdən düşməsini şərtləndirən amildir.

Bununla belə, hazırda dünya bazarında neftin qiymətinin 60-70 dollar ətrafında dəyişməsi və Azərbaycan valyuta ehtiyatlarının kifayət qədər olması avrobondların həddindən çox ucuzlaşmasına, onların illik gəlirliliyinin 5%-i keçməsinə mane olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər