10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank: Nağdsız əməliyyatların həcmi 4.8 dəfə artıb

Mərkəzi Bank rəqəmsal ödənişlərin istifadəsinin artırılması məqsədilə cari ildə ölkə üzrə kütləvi təbliğat və təşviqat kampaniyasının təşkil edilməsini planlaşdırır.

Bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib.

O deyib ki, bu istiqamətdə artıq kommunikasiya planı hazırlanıb. Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Banklar Assosiasiyası və bank ictimaiyyəti ilə birgə kommunikasiya planını icra edəcəkdir.

Alim Quliyev bildirib ki, nağdsız ödənişlərin artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində son beş il ərzində ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 4.8 dəfə, POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 4.6 dəfə, elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi isə təxminən dörd dəfə artıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər