Verilən kreditlərin həcmi 15 milyard manatı ötüb.
Azərbaycanın Dövlət Statistika Komitəsi 2013-cü il üçün əhalinin bank əmanətləri və kredit qoyuluşu üzrə məlumatları açıqlayıb.
2013-cü ildə əhalinin banklardakı əmanətləri 2012-ci ilin on bir ayının göstəriciləri ilə müqayisədə 34,8% artaraq 6,4 milyard manata çatıb.
Əmanətlərin 3,9 milyard manatını və ya 61,6%-ini milli valyuta, 2,5 milyard manatını isə xarici valyuta təşkil edib, vəsaitin 4,8 milyard manatı özəl banklara qoyulub.
Yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 30,0% artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 15,2 milyard manata çatıb. Kreditlərin 77,6%-i uzun müddətə verilib, 5,2%-inin ödəmə vaxtı keçib.
Oxu.az