10 C
Baku
Wednesday, November 27, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri İstehlak kreditləri üzrə faiz və komissiyalarin detallı şəkildə TƏHLİLİ

İstehlak kreditləri üzrə faiz və komissiyalarin detallı şəkildə TƏHLİLİ

0
İstehlak kreditləri üzrə faiz və komissiyalarin detallı şəkildə TƏHLİLİ

Son dövrlərdə banklar tərəfindən istehlak kreditlərinin verilməsində ciddi artım müşahidə olunur. Təsadüfi deyil ki, Bankalr tərəfindən müştəri cəlbi məqsədilə ard-arda kampaniyalar keçirilir və kredit şərtləri sadələşdirilir. Hətta uzun müddətdir ki, kreditləşmə həyata keçirməyən bəzi banklar da təzəlikcə bazara daxil olublar. Bəhsə-bəhs xarakteri daşıyan bu tendensiya əslində kredit əldə etmək istəyən müştərilərin xeyrinədir. Çünki Banklar müştəri cəlb etmək üçün daima sərfəli şərtlərlə gündəmdə qalmaq niyyətindədirlər.

Banker.az monitorinq qrupu olaraq nağd kredit əldə etmək istəyən müştərilərin marağını nəzərə aldıq və onları ən çox maraqlandıran məqamlar olan kreditlərin illik faiz dərəcəsi və komissiyasını təhlil etdik. Qeyd etmək istərdik ki, bu təhlil sırf iş yerindən arayışla təqdim olunan nağd istehlak kreditləri əhatə edir. Bizim monitorinq qrupumuzun digərlərindən fərqi ondan ibarətdir ki, biz Sizə yalnız bankların saytlarında qeyd olunan məlumatları deyil, daha detallı məlumatları təqdim edirik. Misal üçün, hansısa bankın rəsmi internet səhifəsində kreditlərin illik faiz dərəcəsinin 23 – 30% arasında dəyişdiyi qeyd olunub, lakin hansı müştəriyə 23%, hansısa 25%, hansına 30% təklif ediləcəyi haqqında məlumat yoxdur. Vurğulamaq istərdik ki, faiz və komissiya dərəcəsinin təyin edilməsi zamanı Banklar fərqli yanaşmalar tətbiq edirlər. Bəziləri müştəriləri iş yerlərinə görə seqmentlərə ayırır (məsələn A/B qrupu şirkətlər), bəziləri müştərilərin maaşına əsasən yanaşma tətbiq edir, bəziləri daxili kredit skorinqini əsas götürür, bəziləri faiz və komissiyanı kreditin müddəti ilə əlaqələndirir, bəziləri isə bu amillərin hamısını və ya bir neçəsini eyni anda tətbiq edir.  Banker.az monitorinq qrupu olaraq bu məlumatları əldə etməyimiz elə də asan başa gəlmir, hətta bəzən ətraflı məlumat almaq üçün müştəri qismində Banklara mürəciət etməli də oluruq☺.

Ümid edirik ki, işimizin keyfiyyəti ilə Siz oxucuları kredit və qeyri – kredit məhsulları haqqında maksimum dərəcədə məlumatlandırırıq.

Aşağıda banklarımızın nağd istehlak kreditləri üzrə illik faiz dərəcəsi və komissiya şərtləri detallı şəkildə qeyd edilmişdir. Bəzi Banklarımızda hal-hazırda aktiv kampaniyalar var və belə olduğu təqdirdə şərtlərin cari kampaniyaya aid olunduğu və kampaniyanın bitmə müddəti haqqında qeyd əlavə edilib.

Bank İllik faiz dərəcəsi Komissiya
Amrahbank Dövlət müəssisələri – 29%

Təhsil və səhiyyə müəssisələri – 28%

Təqaüdçülər – 33%

A qrupu şirkətlər – 27%

B qrupu şirkətlər – 28%

C qrupu şirkətlər – 30%

Qeyd: A/B/C qrupu şirkətlər Bankın daxili təlimatına əsasən müəyyən edilir.

Kreditin məbləği

  • 3000 AZN-dək olduqda – 2% (min.10 AZN)
  • 3000 AZN-dən çox olduqda – 1%
Bank BTB Dövlət müəssisələri  – 30%

Özəl müəssisələr –  31%

Təqaüdçülər – 32%

Kreditin müddəti

  • 3-12 ay olduqda  – 1% (min. 10 AZN)
  • 13-24 ay olduqda  – 2% (min. 15 AZN)
  • 25-36 ay olduqda –  3% (min. 20 AZN)
Bank of Baku A / B qrupu şirkətlər və Təhsil/Tibb müəssisələri

Yüksək kateqoriya olduqda – 27%

Aşağı kateqoriya olduqda – 28%

Digər müştərilər

Yüksək kateqoriya olduqda – 28%

Aşağı kateqoriya olduqda – 29%

Qeyd 1: Əmək haqqı (gross) 2500 –den çox olduqda 1% endirim edilir.

Qeyd 2: Cari kredit kampaniyasına əsasən illik faiz dərəcəsi 15%-i qədər azaldılır (məsələn :  29% – 29 * 15 % = 24.65%)

    • Əmək haqqı 2500-dən çox olduqda – 1%
    • Təhsil / Tibb müəssisələri – 1%
  • Digər müştərilər – 2%
Access Bank 29% 1%
AFB Bank Yeni müştərilər – 30%

Təkrar müştərilər – 28%

1%
Azərtürkbank 12 ay – 26%

18 ay -27%

24 ay – 28%

36 ay – 29%

1% (min.10 AZN)
Bank Respublika Kreditin məbləği

2000 AZN-dek olduqda – 29%

2000 AZN-dən çox olduqda – 28%

Qeyd 1: Əmək haqqını Bank Respublika kartları ilə alan müştərilərə 2% endirim edilir.

Qeyd 2 : Bankın güzəştli şərtlər tətbiq etdiyi şirkətlərin (xarici neft şirkətləri, beynəlxalq audit şirkətləri və s.) əməkdaşları üzrə illik faiz dərəcəsi 17% – 19%  arasında dəyişir.

1% (min.10 AZN)
Express Bank Kreditin müddəti

12 ayadək olduqda – 20%

13 – 24 ay olduqda – 23%

25 – 36 ay olduqda – 26%

Qeyd: Bu şərt kampaniya şərtidir və 30.04.2018-dək davam edir.

1%
Kapital Bank 25.84%

Qeyd 1: Bu şərt kampaniya şərtidir və 30.04.2018-dək Kapitalbankdan ilk dəfə kredit əldə edən müştərilərə şamil edilir.

Qeyd 2: Standart faiz dərəcəsi 29.84% təşkil edir, lakin bankın xüsusi müştəri qrupları üzrə daima endirim aksiyaları keçirilir.

Kreditə görə – 1%

Sığorta haqqı (məcburi) – 5%

Qeyd: Kapital Bankdan ilk krediti əldə edən müştərilərdən 30.04.2018-ci il tarixədək kreditə görə komissiya tutulmur.

Rabitə Bank 22%

Qeyd: Bu şərt kampaniya şərtidir və 31.05.2018-dək davam edir.

Kreditə görə – 1%

Sığorta haqqı (məcburi) – 1%

Unibank Əmək haqqı 173 azn-dən çox olduqda

Kredit tarixçəsi “super+” olduqda –  23%

Kredit tarixçəsi “super” olduqda –  28%

Kredit tarixçəsi “pozitiv+” olduqda –  28%

Kredit tarixçəsi “pozitiv”  olduqda – 29%

Əmək haqqı 173 azn-dən az olduqda – 29%

Əmək haqqı 173 azn-dən çox olduqda

Kedit proseduruna görə – 1% (min. 10 AZN)

Nağdlaşdırmaya görə- 1% (min. 10 AZN)

Əmək haqqı 173 azn-dən az olduqda

Kedit proseduruna görə – 2% (min. 10 AZN)

Nağdlaşdırmaya görə – 1% (min. 10 AZN)

Nikoil Bank 29%

Qeyd 1 : “Pozitiv” müştərilərə 1% endirim edilir.

Qeyd 2: Əmək haqqını Nikoil bankdan alan müştərilərə 1% endirim edilir.

1%
Yapıkredibank İT və Telekomunikasiya sahəsi – 20%

Neft sektorunda çalışanlar – 20%

Yeni müştərilər (digər sahələr) üzrə – 24%

Təkrar müştərilər üzrə – 20%

Əmək haqqını Yapikrediden alanlar – 18%

1.5%
NBC Bank Kreditin muddeti

18 ayadek olduqda  – 26%

19 – 36 ay olduqda – 29%

Kreditin muddeti

18 ayadek olduqda – 2%

19 – 36 ay olduqda – 3%