7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bağlanan banka məxsus “Lexus”a müştəri tapıldı

Ləğv prosesində olan bankların əmlakların satışı ilə bağlı son hərracda avtomobillərə xüsusi maraq müşahidə edilib.

Əmanətlərin Sığortalanması Fondu(ADİF)  Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 27 mart və 3 aprel 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirdi.

Bu barədə Banker.az saytına ADIF-dən məlumat daxil olub.

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı  1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd “Lexus LS460” avtomobil satılıb. Qeyd edək ki, hərracda 31 min manat minumum təklif qoyulmuşdu. Digər, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3302-18” yük avtomobili satılıb.

Son xəbərlər
Digər xəbərlər