7 C
Baku
Sunday, December 15, 2024

Zərər etmiş “Qala Sığorta” səhmdarları toplaşma xəbərini yaydı

Mayın 22-də, saat 15:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanındakı baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Qala Sığorta”nın 2017-ci il üzrə yekun maliyyə hesabatlarının təsdiq olunması məsələsi daxildir.

Qeyd edək ki, “Qala Sığorta” ASC ötən il ərzində 4 rübü üzrə zərəri düz 618 894,77 manat həcmində olub. Sığorta şirkətinin yığılmış zərəri milyon manata yaxınlaşıb və cəmi kapitalındakı nizamnamə kapitalından da aşağı düşüb.

Ehtiyyat kapitalı olmadığında 8 mln. manatlıq nizamnamə kapitalı ilə xərclərini ödəmək məcburiyyətində qalıb. Bununla da cəmi kapitalı il ərzində azlaraq  7,27 mln. manat təşkil edib. Burada  778 min manatı yığılmış zərərdir.

Mümkündür ki, Sığorta Şirkəti səhmdarları nizamnamə kapitalı artımını da müzakirə etsin.

Son xəbərlər
Digər xəbərlər