10 C
Baku
Wednesday, November 27, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycanda hansı banklar kredit kartı verir?

Azərbaycanda hansı banklar kredit kartı verir?

0
Azərbaycanda hansı banklar kredit kartı verir?

Kredit kartları bankın ayırdığı kredit limiti çərçivəsində müştəriyə nağd və nağdsız əməliyyatlar zamanı istifadəyə imkan verən bir bank məhsuludur. Öncəki bazar araşdırmalarımızda taksit imkanı olan kredit kartlarının banklardakı şərtlərini təhlil etmişdik. Əslində taksit imkanı olan kartlar da kredit kartlarının bir növü sayılır , lakin həmin kartların bəzilərində nağd istifadə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur və əsasən bu kartların taksit özəllikləri qabardılır. Banklarımız tərəfindən təklif edilən taksit kartlarına misal olaraq Bolkart, Albalı Plus, Paykart, Smilecard, Wolrdcard  və s. misal göstərə bilərik.

Lakin biz bugün taksit imkanı olan kartlar haqqında deyil, sırf kredit xətti imkanı olan kartlar haqqında danışacağıq. Bu məhsulu təklif edən bankların şərtlərinə nəzər saldıqda bəzi oxşar və fərqli cəhətlərin şahidi olduq. Misal üçün, demək olar ki əksər banklarda kredit xəttlərinin müddəti 12 aydır. Bu kartların bəzilərində güzəşt müddəti (grace period) yalnız nağdsız əməliyyatlara, bəzilərində həm nağd həm də nağdsız əməliyyatlara tətbiq olunsa da bir neçə bankda bu imkan ümumiyyətlə yoxdur.

Monitorinq qrupumuz öz araşdırmalarında daima adekvat mövqedən çıxış edərək oxucular üçün bütün şərtləri mənfi və müsbət tərəfləri ilə təhlil edir. Bu məqaləmizdə də mövqeyimizi dəyişmədik və məhsul şərtlərini sadə və rahat müqayisə olunacaq formada Sizlər üçün təhlil etdik.

Düşünürük ki, aşağıdakı cədvəl Sizlərin kredit kartları haqqında olan əksər suallarınıza cavab tapmaqda kömək edəcək. Bir məqamı vurğulamaq istərdik ki, kredit kartları istehlak kreditlərinin bir növü olduğu üçün gəlirləri təsdiq edən sənədlər (iş yerindən arayış, elektron arayış və ya maaş kartı hesabından çıxarış) əsasında rəsmiləşdirilir.

Bank Maksimal məbləğ, AZN Müddət İllik faiz dərəcəsi Zamin Komissiyalar Güzəşt müddəti

(grace period)

Kreditin rəsmiləşməsinə görə ATM Maksimal müddət Hansı əməliyyatlara verilir?
AFB Bank 5 000 12 ay 25% Bütün hallarda zamin tələb olunur 1% 1% 40 günədək Həm nağd həm də nağdsız
Amrahbank 10 000 12 ay 24% – 33% 2000 AZN-dek zaminsiz 1% 1% 40 günədək Həm nağd həm də nağdsız
Azər-Türk Bank ə/h-nın 3 misli 12 ay 26% Bütün hallarda zamin tələb olunur Kartın qiyməti ödənilir 1% Yoxdur Yoxdur
Bank BTB 10 000 6, 12 və ya 18 ay 30% – 32% 3000 AZN-dek zaminsiz 6 aylıq – 1% (min.10 AZN)

12 aylıq – 2% (min.15 AZN)

18 aylıq – 3% (min.20 AZN)

1% Yoxdur Yoxdur
Bank Respublika 5 000 12 ay 29% 3000 AZN-dek zaminsiz 2% 1% 45 gün Yalnız nağdsız
Express Bank 5 000 24 ay 28% Fərdi qaydada baxılır 1% 1% 35 gün Həm nağd həm də nağdsız
Nikoil Bank 30 000 12, 24 və ya 36 ay 28% 5000 AZN-dek zaminsiz Kartın qiyməti ödənilir

(1 il – 50 AZN, 2 il  – 70 AZN, 3 il – 100 AZN)

1% 35 gün Yalnız nağdsız
Rabitə Bank 5 000 12 ay 29% 3000 AZN-dek zaminsiz Kartın qiyməti ödənilir 1% 30 gün Həm nağd həm də nağdsız
Atabank 5 000 12 ay 28% Bütün hallarda zamin tələb olunur Kartın qiyməti ödənilir 1% 37 gün Həm nağd həm də nağdsız