Baş mühasibin müavini
Vəzifə öhdəlikləri:
- Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
- Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
- Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- İşçilərə ödənilən əmək haqqının, habelə digər ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Zərurət yarandıqda beynəlxalq audit şirkətləri ilə işləməsi;
- Strukturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi və s.
Namizədə qarşı tələblər:
- Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
- Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
- Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi keyfiyyətlərə malik olması;
- Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
- Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.
Davranış səriştələri:
- İdarəetmə və liderlik qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Öz-üzərində işləməyə və şəxsi inkişafına meyilli olması
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Təşəbbüskarlıq, operativlik və məsuliyyətlilik kimi mübət keyfiyyətlərə malik olması.
Vakansiya ilə maraqlanan şəxslər öz şəkilli CV-lərini [email protected] ünvanına “Baş mühasibin müavini” başlığı ilə göndərə bilərlər.