Toronto şəhərinin meri Rob Ford cümə axşamı günü çıxış etməli olduğu Kanada iqtisadi klubundakı iclasa gecikmiş və yalnız iclasın başlamasından 45 dəqiqə sonra gəlib çatmışdır. O gecikməsini liftdə qalması ilə izah etmişdir.
Forumun icraçı direktorunun da Rob Ford ilə birlikdə qaldığı liftdə mobil əlaqənin də olmaması səbəbindən onlar hadisə ilə bağlı xəbər verə bilməmişlər. Forumun bir neçə iştirakçısı mer gəlməmişdən bir qədər əvvəl iclas zalını tərk etmişlər.
Əvvəllər verilən məlumata görə, spirtli içki və narkotik aludəçiliyi ilə məşhur olan Ford bundan sonra spirtli içki istifadə etməyəcəyinə dair verdiyi vədini pozmuşdur.