İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu 44-cü sessiyasının ən qızğın vaxtındadır. Dünya ictimaiyyəti 22 yanvardan 25 yanvara qədər dünyanın siyasət, biznes və cəmiyyət cəhətdən necə dəyişildiyini müzakirə edir.
Bəs bu iqtisadi foruma gələnlər kimlərdir:
- 2622 iştirakçıdan yalnız 15%-i qadındır.
- Şimali Amerika və Avropadan olan nümayəndələrin üçdə ikisi planetin əhalisinin 12%-ni əhatə edir.
- Dəvət edilənlərin 60%-i biznesmenlər, 7%-i alimlər, 14%-i siyasətçilərdir. Foruma gələn 46 prezident və baş-nazirlər 1,8 milyard insanın adından çıxış edir.
- 15 varlı qonağın sərvəti 285 milyard dollardır.
- Davosda iştirak edən şirkətlərin ümumi bazar payı 12 trilyon dollar olaraq qiymətləndirilir. Son 5 ildə Davosa gələn 104 şirkət həm dünyanın, həm də ABŞ-ın fond indekslərindən geri qalırlar.