Kassir – əməliyyatçı (Bakı üzrə)
Tələblər:
– Ali təhsil;
– Analoji sahədə 2 ilə qədər iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
– Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
– Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
– Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
– Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
– Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
– KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.
Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.