23.4 C
Baku
Monday, October 7, 2024

Xarici ölkələrdə jestlərdən istifadə edərkən diqqətli olun

Hansı jestləri xarici ölkələrdə göstərmək  olmaz

Bir çox həmvətənlərimiz məzuniyyətə xarici ölkələrə istirahət etməyə gedirlər. Onları müxtəlif ölkələrdə bir sıra sürprizlər gözləyir. Əgər sizin dil məhdudiyyətiniz varsa və siz bunu jestlərlə ört- basdır etmək istəyirsinzsə, ehtiyyatlı olun. Nəzərə alın ki, müxtəlif jestlər müxtəlif ölkələrdə müxtəlif məna daşıyırlar.

Yuxarıya qaldırılımış baş barmaq

thumbs-up1-520x348

Latin Amerikası və Qərbi Afrıkanın bir sıra hissələrində, həmçinin İranda, Sardiniyada bu jest mənfi məna daşıyır. «Əla» sözü əvəzinə  jest təhqir kimi başa düşülür.

Bizdə balaca uşaqlar bir birilərini qıcıqlandırmaq istədiklərində dil çıxartdıqları kimi, qeyd etdiyimiz ölkələrdə bu jesti göstərirlər.

“OK” işarəsi

ok-sign-520x349

Biz bu işarəni “hər şey qaydasındadır”  kimi başa düşməyə öyrəşmişik. Lakin Yaxın Şərqdə bu işarəni hədə- qorxu kimi, Türkiyə və Almaniyada isə homoseksuallıq işarəsi kimi qəbul edirlər.

Sülh işarəsi

peace-sign-520x349

Əgər siz İngiltərə və yaxud Avstraliyada bu işarəni göstərirsinizsə, çalışın ki, əliniz aşağıya doğru olsun. Əks halda siz qarşınızdakını təhqir etmiş olacaqsınız.

Ovuc 

open-hand-520x357

Bir çox ölkələrdə ovuc işarəsi salamlaşmaq kimi,  lakin Yunanıstanda isə bu jest təhqir kimi başa düşülür. Bu adət Vizantiya Imperiyasının dövründən gəlir. O dövrdə cinayətkarları cəzalandırmaq üçün onların üzlərinə palçıq, nəciz, kül yaxırdılar. Bugünkü gündə siz kiməsə ovuc göstərsəniz, o, bunu sizin onun üzünə palçıq yaxmağınız kimi  başa düşəcək.

«Keçi»

horns-520x349

“Keçi” ağır musiqinin rəmzinə çevrilib, lakin hər yerdə eyni cür qəbul edilmir. Qafqaz, İtaliya, İspaniya və Yunanıstanda  bu jest ilə sizin həyat yoldaşınızın sizə xəyanət etdiyini bildirə bilərlər. Bu məşhur “buynuz qoymaq” ifadəsi ilə əlaqəlidir.

Son xəbərlər
Digər xəbərlər