7 C
Baku
Sunday, December 15, 2024

“Bank BTB” investisiya şirkəti yaradır, nizamnamə kapitalı açıqlandı

Azərbaycan investisya bazarına daha biri daxil olub. Belə ki, “BTB Kapital İnvestisiya Şirkəti” ASC yaradılıb.

“Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən şirkətin nizamnamə kapitalı 350 min manatdır.

ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 27-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Cəfərov Ruslan Nazim oğludur.

“BTB Kapital İnvestisiya Şirkəti” bu ilin 15 fevral tarixində dövlət qeydiyyatına alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər