1. Fendes Broadcasterin prototipi
Dəyəri: $375 000
1994-ci ildə bu gitaranı kolleksiyaçı Leo Fendera əldə edir. Bu xüsusi bir gitaradır. O, bütov bir korpusdan düzəldilib. 1947-ci ildə bu gitarada “Guitar Boogie” musiqisini yazan ilk musiqiçisi Artur Smit olmuşdu. Bu böyük bir uğur idi!
2 . Erik Kleptonun Gold Leaf Stratocaster gitarası
Dəyəri: $455 550
Erik Klepton dünya səviyyəsində bu gitaraçıdır. O, həmçinin gitara kolleksiyaçısıdır. Erik Klepton 1996-ci ildə 50 illik yubileyini qeyd edən “Fender” şirkətinə Gold Leaf Stratocaster gitrasını düzəltmələrini sifariş edir. Bu musiqi alətinin qızıl örtüyü var.
Lakin bir neçə il sonra gitara naməlum səbəblərdən “Kristi” hərracına çıxarılır.
3.Corc və Conun Gibson SG gitarası
Dəyəri : $570 000
2004-cü ildə hərracda bu gitaranı naməlum bir alıcı əldə edir. İlkin olaraq gitara Corc Xarrisona məxsus idi. Daha sonra gitaranı Lennon, ondan sonra isə “Badfinger” qrupundan olan Piter Xem əldə edirlər. Lakin gitaranın sonuncu sahibi vəfat edir və gitara harasa itir. 2004-cu ildə isə qəfildən peyda olur.
4. “Lenny” adlı gitara- Stivi Rey Vonanın Fender Composite Stratocaster gitarası
Dəyər: $623 500
1980-cı ildə böyük amerikalı blüseninin 26 yaşı tamam olanda onun həyat yoldaşı bu gitaranı ona hədiyyə edir. Və blüsmen gitaraya həyat yoldaşının adını verir. Stivi konsertlərində heç vaxt öz gitarasından ayrılmırdı. On ildən sonra,1990-cı ildə, Stivi faciəvi şəkildə vəfat edir. 2004-cü ildə “Lenny” xeyriyyəçilik hərracında satılır.
5. Erik Kleptonun C.F. Martin & Co. Gitarası
Dəyəri: $791 500
Kleptonun digər bir gitarası. Lakin bu gitaranın qızıl örtüyü yoxdur. Bu gitaranın fərqli cəhəti 1939-cu ildə düzəldilməsi və onun sahibinin ulduz olmasıdır. C.F. Martin & Co. gitarası xeyiyyəçilik hərracında satılıb.
6. Erik Kleptonun Gibson ES0335 TDC gitarası
Dəyəri: $847 500
Yenə də maestronun kolleksiyasından bir gitara! Məhz bu gitarada Erik 1964-cü ildə ilk bəstələrini yaratmışdır.
7. Erik Kleptonun “Blackie” – Stratocaster hybrid gitaraları
Dəyəri: $959 500
70-ci illərdə Cimmi Hendriksin təsiri altında Erik Fender Stratocaster gitaralarını əldə edir. Texas mağazasında o,hərəsini 100 dollara altı gitara alır. Erik gitaralardan üçünü Corc Harrisona, Piter Taunsendə və Stivi Vinvuda hədiyyə edir. Qalan üç gitaranı isə Klepton özündə saxlayır və onlara “Blackie” adını verir.
8. Bob Malrinin Washburn 22 series Hawk gitarası
Dəyəri: $1 200 000 —$2 000 000
Bu musiqi aləti Yamaykanın milli sərvəti hesab edilir. 1971-ci ildə Marli gitaranı Heri Karlsena hədiyyə edir və bu sözləri deyir: “Gitaranı işin üçün götür, onun məzmununu sonra başa düşəcəksən”. Karlsen bu sözləri başqa cür başa düşür. Bir neçə il sonra Karlsen Different Journeys, One Destination adlı xeyriyyəçilik cəmiyyəti yaradır. Və Marlinin hədiyyəsini lotereya uduşu kimi təqdim edir.
9. Cimi Hendriksin Stratocaster giatarsı
Dəyəri: $2 000 000
Bu alətdə Cimmi əfsanə olmuş “Vudstok” festivalında çalmışdır. Bügünkü gündə bu gitaranın harada olduğu məlum deyil. Bu gitaranı sonuncu dəfə 90-cı ildə hərracda görmüşlər. Şaələrə görə, 98-ci ildə Microsoft-dan olan Pol Allen bu gitaranı 2 milyona almışdır.
10. Reach out to Asia fondunun Fender Stratocaster gitarası
Dəyəri: $2 700 000
2005-ci ildə xeyriyyəçilik hərracında bu gitara 2,7 milyona satılmışdır. Bu rekord bir göstəricidir.
Reach Out to Asia fonduna Brayan Adams nəzarət edirdi. Və bu gitaranın üzərində Adamsın imzasından başqa bir sıra rok ulduzların avtoqraflarını görmək olar: Mick Jagger, Keith Richards, Eric Clapton, Brian May, Jimmy Page, David Gilmour, Jeff Beck, Pete Townsend, Mark Knopfler, Ray Davis, Liam Gallagher, Ronnie Wood, Tony Iommi, Angus & Malcolm Young, Paul McCartney, Sting, Ritchie Blackmore, DEF LEPPARD.
Bu gitara iki dəfə hərraca çıxardılıb. Birinci dəfə musiqi alətini Qətərin kral ailəsi əldə edir. Və xeyriyyəçilik fonduna həm gitaranı, həm də pulları hədiyyə edir. İkinci dəfə isə naməlum şəxs bu gitaranı $2 700 000 alır.