23 C
Baku
Saturday, September 28, 2024

IMF bu il Azərbaycan üçün inflyasiya proqnozunu açıqlayıb – YENİLƏNİB

2018-ci ildə Azərbaycanda 2%-lik iqtisadi artım olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “World Economic Outlook 2018” hesabatında qeyd edilir.

Məlumata görə, bu qurumun oktyabr proqnozundan 0,7 faiz bəndi çoxdur.

IMF hesab edir ki, 2019-cu ildə Azərbaycanda ÜDM 3,9% artacaq, inflyasiya isə bu il 7%, 2019-cu ildə 6% olacaq.

2017-ci ildə Azərbaycanda istehlak qiymətləri 13% artıb. 2023-cü il üçün isə bu rəqəm 4% olacaq. Həmin il Azərbaycanda real ÜDM artımı 2,3%-ə çatacaq. 2017-ci ildə isə bu rəqəm 0,1% olub”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, IMF-nin oktyabr hesabatında 2017-ci il üçün qiymət artımı tempi 10%, 2018-ci il üçün 7%, 2019-cu il üçün isə 5% göstərilmişdi.

Dünyanın bir nömrəli maliyyə institutu Azərbaycanda işsizliyin səviyyəsinin 2018-2019-cu illərdə 5% həddində qalacağını da açıqlayıb. 2017-ci il üçün də proqnoz bu qədər olub.

“Ötən il Azərbaycanın cari balans hesabında artım 3,5% olduğu halda, bu il 5,6% olacaq. Həmin göstərici 2019-cu ildə 7%, 2023-cü ildə isə 7,2% təşkil edəcək”, – deyə hesabatda bildirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər