5 C
Baku
Saturday, December 14, 2024

Mühasib – nəzarətçi – NBCBank

“NBCBank” ASC

Mühasib – nəzarətçi

Tələblər:

– Ali iqtisadi təhsil
– Mühasib nəzarətçi vəzifəsində 3 illik iş təcrübəsinin olması
– MHBS və Bank qanunvericiliyini bilmək
– Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
– İnsanlarla ünsiyyət qurma bacarığı.
– Analitik qabiliyyət
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
– MS Office proqramlarında işləmə bacarığı

Əsas iş funksiyaları:

– Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq.
– Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq.
– Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq.
– Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək
– Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq
– Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq.
– Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekunlaşdırmaq.

İş qrafiki 1-5 (09:00-17:00) VI (10:00-15:00)

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: [email protected]

Telefon (012) 566 46 46

Son xəbərlər
Digər xəbərlər