9 C
Baku
Thursday, December 12, 2024

“Ata Bank” ilə xalis mənfəətlə başladı

“Ata Bank” ASC cari ilin yanvar-mart aylarını mənfəətlə başa vura bilib.

Banker.az xəbər verir ki, bu barədə bankın 2018-ci ilin ilk rübünə dair maliyyə hesabatında deyilir.

“Ata Bank”ın cəmi faiz gəlirləri 10,67 mln. manat, cəmi faiz xərcləri 6,38 mln. manat edib ki, bu da 4,29 mln. manat xalis faiz gəlirinin əldə olunması deməkdir. Bankın qeyri-faiz gəlirləri 5,78 mln. manat və qeyri-faiz xərcləri isə 2,33 mln. manat təşkil edib.

Beləliklə bank ilin ilk 3 ayı ərzində 341 min manata yaxın xalis mənfəət əldə edib.

“Ata Bank”ın aktivləri ilin əvvəli ilə müqayisədə ilk rübün sonu cüzi azalaraq 619,51 mln. manat təşkil edib. Müştərilərə verilən kredit portfeli demək olar ki dəyişməz qalaraq 464,33 mln. manat təşkil edib.

Bankın cəmi öhdəlikləri 472,35 mln. manat olub ki bunun da əsas hissəsini, yəni, 329,11 mln. manatını depozit portfeli tutur.

Bankın kapitalı 3 ay ərzində 1 mln. manata yaxın artaraq 147,16 mln. manat olub. Bunun 119,92 mln manatı nizamnamə kapitalı, 10,75 mln manatı ehtiyyatlar və 16,39 mln manatı isə illərdən yığılmış və bölüşdürülməmiş mənfəətdir.

Son xəbərlər
Digər xəbərlər