13 C
Baku
Friday, November 22, 2024

Ticarət müəssisələrində kredit götürmək nə qədər sərfəlidir

Biləvasitə ticarət müəssisələrində götürülən kreditlər çox rahatdır. İnsanlar boş cibləri ilə mağazaya gəlirlər, məhsulu alırlar, imzalarını qoyurlar və gedirlər. Bir çox insanlar bu kreditin tamamilə faizsiz olduğuna inanırlar. Lakin bu kredit faizsiz ola bilməz.

Banklar nadir hallarda faizsiz kreditə razılaşa bilərlər. Məsələn, müştəriləri cəlb etmək və maliyyə göstəriciləri yaxşılaşdırmaq üçün.

Əslində kreditə görə nə qədər pul ödəməli olduqlarını isə müştərilər çox gec, bir aydan sonra, kreditin ödənişini etməli olduqlarında, anlayırlar. Kredit götürən etiraz etməyə başlayır, bank isə müştəriyə kredit müqaviləsindəki müəyyən şərtləri göstərir. Və müştəri bankın haqlı olduğunu görür. Belə hadisələr çoxdur.

Müqavilə imzalayan insan öz imzasının məsuliyyətini anlamalıdır. Buna görə də müştəri kredit müqaviləsini diqqətlə oxumalıdır.

Real həyatdan bir neçə hadisəni nəzərdən keçirək

Bu bir çox kredit götürən üçün eyni tipli hadisələrdir.

Məsələn, mağazada bir şəxs 828 manata kompüter alır. Kredit müəssisəsinin əməkdaşı həmin şəsxə bildirir ki, əgər kredit yarım il ərzində ödənilsə, fazilər hesablanmayacaq və kredit faizsiz olacaq. Bunu eşidən müştəri sərfəli saziş bağladığını düşünür və müqaviləni imzalayır. 3-4 aydan sonra müştəri krediti tamamilə ödəyir, lakin bir aydan sonra kreditin ödənişini gecikdirdiyini öyrənir. Müştəri banka qaçır və orada sıfır faizlə deyil, 70%-lə kredit götürdüyünü öyrənir. Üstəlik olan sığortaya görə də pul ödəməli olduğunu bildirirlər. Və bu kredit müqaviləsində qeyd olunur. Lakin müştəri nə qədər etiraz etsə də, pulları ödəməli olacaq. Çünki o, müqavilə imzalayıb. Müqaviləni oxumaması isə onun şəxsi işidir.

Qeyd etdiyimiz hal kredit menecerinə qulaq asmağı, lakin götürülmüş kreditə görə bütün məsuliyyətin kredit alanın üzərində olduğunu sübüt edir. Menecer bilərəkdən və ya bilməyərəkdən müştərini çaşdıra bilər. Axı menecerin bir öhdəliyi var: satış planını yerinə yetirmək. Müştəri təbii ki, menecer onu çaşdırıb deyə ondan şikayət edə bilər. Lakin menecer sadəcə olaraq rəhbərlikdən töhmət alacaq.

Kredit götürən isə bundan bir mənfəət əldə etməyəcək. Birtərəfli olaraq kredit müqaviləsini ləğv etmək olmaz, məhkəməyə müraciət etmək isə məhsuldar olmayacaq. Çünki bank kredit müqaviləsinin şərtlərini pozmayıb.

Bütün müştərilər üçün vahid bir məsləhət: kredit müqaviləsini diqqətlə oxuyun, kredit menecerinə sual verməyə utanmayın.

Son xəbərlər
Digər xəbərlər