“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə cəmiyyətin inzibati binasında 2018-ci il iyunun 11-i saat 11.00-da keçiriləcək.
Banker.az xəbər verir ki, bu barədə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının açıqlamasında deyilir.
İclasın gündəliyinə ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi, illik hesabatının təsdiq edilməsi Cari məsələlər daxil edilib.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (012) 404 77 77 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Xatırladaq ki, “Akkord”un nizamnamə kapitalı 74 mln. 113 min manat təşkil edir. 2016-ci ilin hesabatına görə cəmi aktivləri 1 mlrd 224 mln. manatdan çoxdur.