2 C
Baku
Saturday, December 14, 2024

Meksika Azərbaycanla ticarət dövriyyəsini üç dəfə artırmaq istəyir

2018-ci ildə Meksika Azərbaycanla olan ticarət dövriyyəsini 25 milyon dollara çatdırmağı planlaşdırır.

Bunu Meksikanın Ticarət Nümayəndəliyinin üzvlərinin Bakıya səfəri çərçivəsində baş tutan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfirin sözlərinə görə, 2015-2017-ci illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi 9,6 milyard dollar olub. Halbuki, 1993-2014-ci illər ərzində bu rəqəm 1, 2 milyon dollar təşkil edirdi.

Diplomat qeyd edib ki, Meksika malları Azərbaycana üçüncü ölkə vasitəsilə çatdırılır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19,3 milyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər