Vəzifə: Marketinq və satışın təşkili şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
İŞİN TƏSVİRİ:
Bankın marketinq siyasətini həyata keçirmək üçün zəruri informasiyaların toplanmasına, toplanmış informasiyaların emal edilməsinə dəstək göstərmək;
İnformasiyaların strateji və taktiki planlarda istifadə edilməsinə dəstək göstərmək;
Bankın məhsullarının hazırlanması, məhsul təkliflərinin yaradılması zamanı zəruri olan daxili və xarici marketinq məlumatlarını əldə etmək;
Məhsulun və məhsul konseptlərinin yaradılması prosesinin təşkilində informasiya dəstəyi göstərməli;
Müştəri seqmentləri üzrə məlumatları toplanmalı və ilkin məlumatların əldə edilməsi üçün marketinq araşdırmalarının təşkilinə və icrasına dəstək göstərməli;
Seqmentlər üzrə müştəri profillərinin hazırlanması və marketinq təkliflərinin hazırlanmasında dəstək göstərməli;
Marketinq planların icrası zamanı performans qiymətləndirmələri üçün informasiyaların əldə edilməsinə dəstək göstərmək;
Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək;
Xidmət şəbəkəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi və xidmətin keyfiyyətinin ölçülməsi üçün informasiyaların toplanması və emalına dəstək göstərilməsi;
Korporativ görüşlərdə iştirak, bank məhsullarına dair fərdi təqdimatların keçirilməsi.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Marketinq, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (Xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Analitik düşünmə qabiliyyəti;
Marketinq informasiyalarının təhlili üçün Excell proqramına səlis yiyələnməli;
Marketinq planlaşdırma bilikləri;
Məhsulların yaradılması, məhsul konseptlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
Marketinq alətlərinin istifadəsi ilə bağlı biliklər;
Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
Marketinq informasiyalarını emal etmək üçün marketinq alətlərinə sərbəst yiyələnməli və uyğun olaraq istifadə bacarıqları;
İşgüzar ünsiyyətin qurulması və danışıqların aparılması üzrə bilik və bacarıqlar;
Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
QEYD:
Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34