Azərbaycan mallarına daxil olmuş ən çox sifariş “Alibaba” onlayn ticarət portalındandır.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin aprel sayı təqdimində deyilir.
Təqdimatda deyilir ki, 2018-ci ilin I rübündə Azərbaycan mallarına daxil olan ixrac sifarişlərinin portalları üzrə göstəricilərə 48,8% “Alibaba”, 23,9% “All.biz” və 16,6% hökumətin təşəbbüsü ilə yaradılan “Azexport.az” saytıdır. Məlumatda qeyd edilir ki, ümümilikdə Azexport.az portalına 2018-ci ilin yanvar-mart aylarında 185,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
Qeyd edək ki, cəmi sifariş həcmi 356,4 milyon ABŞ dolları təşkil edib.