Tayvanın texnoloji şirkəti olan Foxconn şirkəti ABŞ və İndoneziyada yeni istehsalat zavodları inşa edəcək.
Şirkətin 40 illiyinə həsr edilmiş tədbirdə çıxış edən Foxconn şirkətinin baş icraçı direktoru Terri Gu bildirmişdir ki, şirkətin cari ildəki əsas vəzifəsi İndoneziyada zavod açmaq olacaq.
Qeyd edək ki, bu zavodda BlackBerry üçün smartfonlar istehsal ediləcək. Həmçinin şirkət Pensilvaniyada araşdırma mərkəzinə 40 milyon dollar yatırmağı planlaşdırır.
Bu il şirkət həmçinin biznesin diversifikasiyasını da davam etdirmək niyyətindədir. Şirkətin icraçı direktorunun sözlərinə görə. Şirkətin gəliri bu il ərzində 15% artacaq. Hazırda şirkət Çin, Vyetnam, Türkiyə, Braziliya, Meksika və Macarıstan da daxil olmaqla, dünyanın 10 ölkəsində istehsalat gücünə malikdir.