Rusiyanın “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)” maliyyə göstəricilərini açıqlayıb.
Bankın açıqlamasına görə, bank ilin ilk rübü ərzində faiz gəlirləri 2,13 mln. manat, faiz xərcləri isə 5,72 mln. manat edib. Beləliklə bankın faiz gəlirləri faiz xərclərini qarşılaya bilməyib. Bankın qeyri-faiz gəlirləri də xərclərini qarşılamayıb.
Bank vaxtı keçmiş kreditlərin 237,43 mln. manatının silinməsi hesabına ilk rübdə 247,41 mln. manat zərər edib.
Bankın aktivlərinin yanvar-mart ayları ərzində 61.82% azalaraq 151,7 mln manat təşkil edib. Bu ilin əvvəlində 397,21 mln. manat idi. Hazırda kredit portfeli 64,841.94 mln. manat təşkil edir ki, 76.94% azalma deməkdir. Azalmaya səbəb də məhz yuxarıda qeyd edilildiyi kimi vaxtı keçmiş kreditlərin silinməsi hesabına olub. Belə ki ilin əvvəlində bu portfel 281,18 mln. manat idi.
“VTB” bankının Azərbaycan törəməsinin öhdəliklərindəki depozit portfelinin həcmi cüzi, yəni, 1.33% 47,72 mln. manat olub.
Bankın öhdəlikləri 73.83% kiçilərək 93,43 mln. manata düşüb. Öhdəliklərdə də azalmaya səbəb banklar və digər maliyyə inustutlarının bankdakı əmanətlərini geri götürməsi olub.
Xatırladaq ki, bankın hazırda nizamnamə kapitalı 315 815 000 manat təşkil edir, bunun da 99,9999%-i “Bank VTB” PSC (Rusiya) və digər 0,0001%- isə fiziki şəxsə məxsusdur.