12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Mərkəzi Bankı mənfəətini 9 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 635,554 mln. manat təşkil edib.

Qurumun maliyyə hesabatına istinadən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,5% azdır.

2017-ci ildə AMB-nin cəmi öhdəlikləri 8% azalaraq 18 122,382 mln. manata, cəmi kapitalı isə 23,15% azalaraq 4 513,172 mln. manata düşüb.

Qurum 2017-ci ili 3 513,453 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 8,75 dəfə çoxdur.

Əvvəlki ildən fərqli olaraq ötən il AMB-nin gəlirlərinin formalaşmasında Azərbaycan Dövlət Neft Fondundan transfertlər rol oynayıb. Başqa sözlə, qurum mənfəətini Fondun hesabına kəskin artıra bilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər