2017-ci il ərzində Azərbaycan Mərkəzi Bankı çap şirkәtindәn 410 mln. 677 min manat mәblәğindә yeni pul nişanları tәhvil alıb.
Banker.az AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ildəkindən 43,54 dəfə çoxdur. Belə ki, 2016-cı ildə AMB 9 mln. 432 min manat məbləğində yeni pul nişanları tәhvil alıb.
Hesabat dövründə AMB 1 mlrd. 307 mln. 505 min manat mәblәğindә pul nişanlarını mәhv edib. Bu, 2016-cı ildəkindən 604,839 mln. manat çoxdur. Belə ki, 2016-cı ildə AMB 702,666 mln. manat məbləğində pul nişanlarını mәhv edib.
APA