8 C
Baku
Thursday, December 12, 2024

Visa: Azərbaycan bankları təhlükəsizliyə investisiya qoymaq barədə düşünməlidir

Azərbaycanın bank bazarı iki kateqoriyaya bölünüb – bəzi banklar başa düşür ki, təhlükəsizliyə investisiya qoymaq lazımdır və bunu keyfiyyətli etmək lazımdır, digərləri isə hələ bu mərhələyə keçməyib, ona görə də haker hücumları baş verib.

Bunu Trend-ə müsahibəsində “Visa” şirkətinin risklərin idarə olunması üzrə regional direktoru Larisa Makarova deyib.

L.Makarovanın sözlərinə görə, keyfiyyətli investisiyaları və təhlükəsizlik tədbirlərinin keçirilməsini qeyd etmək lazımdır:

“Təəssüf ki, elə maliyyə təşkilatları var ki, onlar təhlükəsizlik parametrlərinin standartlara uyğun olduğunu bəyan edir, amma haker hücumu baş verəndə məlum olur ki, bu belə deyil. Əksər vaxtlarda biz görmüşük ki, biznes barədə danışarkən yalnız biznes həllər nəzərdə tutulur, təhlükəsizlik isə ikinci plana keçirdi. İndi isə biz elə bir mərhələyə çatmışıq ki, əgər təhlükəsizliyə investisiya qoymasan, böyük itkilərlə üzləşə bilərsən”.

L.Makarova qeyd edib ki, “Visa” bu cür problemlərin həlli üçün bir sıra vasitələr təqdim edir:

“Bu, “Visa Advanced Authorization” texnologiyasıdır ki, bunun vasitəsilə “Visa” real vaxt rejimində hər bir əməliyyatının təhlilini həyata keçirir. Əgər əməliyyat müəyyən xarakteristikalardan kənara çıxırsa, biz bu barədə banka məlumat ötürürük. Bank isə müştəriyə zəng etmək və ya əməliyyatı dərhal dayandırmaq barədə özü qərar qəbul edir”.

Son xəbərlər
Digər xəbərlər