Ümumi məlumat
Kapital Bank namizədləri Biznes Proseslər üzrə Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Biznes proseslər üzrə xəritənin və blok-sxemlərin hazırlanması;
- Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Biznes proseslərin daimi təkmilləşdirilməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
- Proseslər üzrə daxili nəzarət sistemlərinin inkişaf etdirilməsi.
Tələblər
- İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
- Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi (bank sektorunda iş təcrübəsi arzuolunandır)
- Kredit, əməliyyat və müştəri xidmətləri üzrə iş təcrübəsi;
- Maliyyə institutlarında iş təcrübəsi arzuolunandır;
- Layihələr üzrə PMO bacarıqlarına malik olmaq;
- Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
- Dəqiqlik, detallara qarşı diqqətlilik;
- Analitik düşünmə və yüksək riyazı təhlil qabiliyyəti;
- MS Visio proqramı üzrə biliklər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.