Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin aprel ayı ərzində 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bildirək ki, mart ayı ərzində 647 mln. dollar məbləğində vəsait satılıb. Bu da öncəki ay – martla müqayisədə 24% artim olmasi deməkdir. Əlavə olaraq bu məqamıda bildirmək lazımdır ki, ötən ilin analoji dövründə bu rəqəm cəmi 220,8 mln. manat idi.
Banker.az bildirir ki, ötən ay ərzində demək olar ki dolların alış və satış kursunda heç bir dinamika olmayıb və ay ərzində dollar banklar tərəfindən ortalama 1,6999 manat və 1,7020 manata satılıb.
Ötən ay ərzindəki bütün hərraclarda dollar/manat cütlüyünün rəsmi məzənnəsi 1,7 ilə sabit qalmışdı. Umumiyyətlə ötən ilin dekabrın 13-dən bu tərəfə məzənnə demək olar ki dəyişməzdir.
2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 310,2 milyon ABŞ dolları təşkil etmişdi.