20 C
Baku
Saturday, September 28, 2024

“DekaBank”ın sabiq rəhbərinin cinayət işində ekspertiza təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və “DekaBank”ın Maliyyə departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əmanətlərin Sığortalanması Fondundan məhkəmə sorğusuna cavab olaraq 172 vərəqədən ibarət sənədlər göndərildiyi elan edilib.

Müdafiə tərəfi vəsatət verərək bəzi epizodlarla bağlı Məhkəmə-Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib.

Vəsatət təmin edilib, ekspertiza təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər