6 C
Baku
Sunday, December 15, 2024

“Deputatların maaşı ən azı 8 min manat olmalıdır” – Deputat

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

Bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.

Son xəbərlər
Digər xəbərlər