“Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki yenilik ilk növbədə bundan sonra daha açıq şəkildə çalışması olacaq”.
Bunu yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
O qeyd edib ki, bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəklər: “Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq”.
Nazirlikdə yeni struktur islahatları aparılıb-aparılmayacağı ilə bağlı isə nazir qeyd edib ki, bu barədə danışmaq hələ tezdir: “Hələ vəziyyətlə tanış oluruq”.