6 C
Baku
Saturday, December 14, 2024

Mənbə: Azərbaycanda iki dövlət qurumu birləşdirilə bilər

Prezident İlham Əliyevin struktur islahatlarının davamı kimi yaxın zamanlarda Mənzil İnşaat Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.

Təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layiqincə yerinə yetirməsi ilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək.

Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə mənbə olan Modern.az xəbər yayıb.

Son xəbərlər
Digər xəbərlər