Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 2,5% artacağını proqnozlaşdırır.
Bu barədə EBRD-nin “Regional Economic Prospects” adlı hesabatında deyilir.
Bu, Azərbaycanda iqtisadi artımla bağlı AYİB-in əvvəlki proqnozundan 0,5% çoxdur. Belə ki, ötən ilin noyabr ayında EBRD 2018-ci ildə Azərbaycanda ÜDM-in 2% artacağını proqnozlaşdırıb.
EBRD-nin proqnozuna əsasən, 2019-cu ildə Azərbaycanda ÜDM 3,5%, 2020-ci ildə isə 0,5% artacaq.
“Neft hasilatının sabitləşməsi fonunda Azərbaycanda mütəmadi olaraq iqtisadi artımın olacağı gözlənilir”, – deyə hesabatda vurğulanıb.