11 C
Baku
Monday, November 25, 2024

Brend Aktivasiyası və Alıcıyönümlü Marketinq üzrə Mütəxəssis – Bakcell

Brend Aktivasiyası və Alıcıyönümlü Marketinq üzrə Mütəxəssis

Vakansiya haqqında

Şirkət : Bakcell
İdarə : Marketinq
Şöbə : Marketinq Kommunikasiyaları
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 21.05.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz

*Ticari marketinq komandası ilə yaxından işləyərək Bakcell mağazalarında Brendin tanınmasının artırılmasına dəstək göstərilməsi
*Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət
*Satış komandasının marketinq vasitələri ilə təmin edilməsi
*Agentliklərlə əməkdaşlıq edilməsi
*İdman və sponsorluq tədbirlərinin idarə edilməsi
*Brendin tanınmasını təşviq edən diler və BTL tədbirlərinin təşkili

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Marketinq və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
*Ticari Marketinq  və ya Brend Aktivasiyası üzrə 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Analitik düşüncə
*Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
*Ünsiyyət bacarığı
*Təşəbbüskarlıq
*MS Office  proqramlarını mükəmməl  bilmək
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük sayılır)
*Regionlara səfər etmə imkanı

Müraciət etmək üçün

CV-nizi  [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘‘Brend Aktivasiyası və Alıcıyönümlü Marketinq  üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər