Azərbaycan Prezident Adminstrasiyasına iki yeni təyinat olub.
Məlumata görə, bu barədə Azərbaycan Prezidenti sərəmcam imzalayıb.
Belə ki, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri və Fərəh Şirməmməd qızı Əliyeva isə humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, bu günə qədər hər iki vəzifə vakant idi.