Bölmə: Mailiyyə
Şöbə: Mühasibatlıq
Vəzifə: Gəlir üzrə Auditor
Kimə məruzə edir: Maliyyə Departamentinin Direktoru
ƏMƏK FUNKSİYALARI:
Gəlir üzrə Auditor Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamalı, təsdiqləməli və bütün sənədlərin qaydasında olmasını təmin etməlidir.
• Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq.
• Mühasibatlıq ilə bağlı fərqli işlərdə kömək etmək üçün kifayət qədər təcrübəsi və həvəsi olmaq.
• Daxili Audit ilə bağlı işlərin icra edilməsini, bununla bağlı müvafiq prosedurları izləmək.
• Təhlükəsiz, tədbirli və sistemli şəkildə işləməyi bacarmaq.
• Banketlərlə bağlı şöbənin gəlir hesabatlarının qaydasında olmasını yoxlamaq və çatışmamazlıqları izləmək.
• Mədaxil Kitabında qeyd edildiyi kimi, gündəlik şəkildə bütün gəlir mərkəzlərini təsdiqləmək/qaydasına qoymaq.
• Güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri, işçi heyətinin xərclərini izləmək, balanslaşdırmaq və Əmlak İdarəetmə Sisteminə qeyd etmək.
• İnzibati-Təsərrüfat xidmətləri ilə bağlı hesablardakı uyğunsuzluqlara nəzarət etmək.
• Güzəştlərin, ödəmələrin və digər prosedurların məbləğini izləməklə, hər şeyin sənəd əsasında olmasını yoxlamaq.
• Daxili inzibatı idarədəki telefon məsrəflərinə nəzarət etmək.
• Qida və İaşə sahəsindəki boşluqları izləmək və alınan məlumatları analiz etmək.
• Qonaqların telefon xidmətləri ilə bağlı xidmət xərclərini telefon poçt xidməti ilə razılaşdırılmış şəkildə balansını hazırlamaq.
• Banket tədbirlərinin orderləri ilə gələn bütün qonaqların uyğunluğunu yoxlamaq.
• Qida və İaşə xidmətləri ilə bağlı gecə audit balansını Qida və İaşə Xidmətləri ilə bağlı satış sistemi ilə müqayisədə yoxlamaq.
• Camaşırxana, telefon xidmətləri, filmlər, qaraj xidmətləri ilə bağlı fərqli tip xərclərə nəzarət etmək.
• Qonaqlarla bağlı mühasibat kitabını, mədaxil hesablarını və avans depozitlərini müvafiq qaydada saxlamaq. Gəlir üzrə Auditor gündəlik gəlir barədə qeydiyyat aparmalı və hesabat hazırlamalıdır.
• Otelin gündəlik Gəlir Hesabatını dəqiq şəkildə hazırlamaq.
• Aşağıdakıları dəqiqliklə hazırlamaq və saxlamaq:
1. Mədaxil Kitabı: təhlükəsiz bir mühitin təmin edilməsi və balansların Mailiyyə Direktorunun Müavini tərəfindən imzalanması
2. Nəğd pul vəsaitlərinin qəbulu üzrə Kitab
3. A/R Düzəlişlər Kitabı
• Mailiyyə Direktorunun Müavini tərəfindən təyin edildiyi şəkildə müəyyən balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək.
• Bütün xidmətlərə görə (Banket, Otaqlara Xidmət, və s.) ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq.
• Qonaqlarla bağlı fərqli xərclərin qaimələrini yoxlamaq və xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.
• Banket və restoran çeklərinin davamlı nəzarətini təmin etmək.
• Audit İşlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək.
• AccorHotels şirkətinin yüksək standartlarını əks etdirmək üçün hər zaman peşəkarcasına davranmaq və həmkarları eyni cür davranmağa ruhlandırmaq.
• Mailiyyə Direktoru və onun Müavini tərəfindən təyin edilmiş əlavə vəzifələrin icrasında, həmçinin Əməliyyatlarla bağlı İnventarın qəbulunda və Qonaqlar üçün Təhlükəsiz Depozit Qutularının auditində iştirak etmək.
VƏZİFƏ İXTİSASLARI:
• Windows, Microsoft Excel və Microsoft kompyüter proqramlarını bilmək.
• Azərbaycan və ingilis dilərində (yazılı, şifahi) əla ünsiyyət qabiliyyəti olmaq, rus dilində yaxşı ünsiyyət etmək
• PMS Sistemi ilə iş təcrübəsi olmaq.
• Gecə Audit/Rezervasiya/Mühasibatlıq təcrübəsinin olmasına üstünlük verilir.
• Ədəbli, diplomatik, etibarlı bir insan olmaq.
• Mükəmməl ünsiyyət qurmaq və ətrafdakılarla münasibət münasibət yarada bilmək, sərbəst işləyə bilmək və işləri vaxtında icra etmək, ehtiyac olduqda mühasibatlıq bölməsinin digər işçilərinə işlərində köməklik göstərmək, həmkarlarımıza mükəmməl xidmət göstərmək.