Tailand hökuməti ölkədə kriptovalyutalarla əməliyyatların həyata keçirilməsini qanuniləşdirib.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, 90 gün ərzində kriptovalyuta ilə əməliyyat etmiş hər kəs təhlükəsizlik üzrə xüsusi komissiyanın lisenziyasını almalıdır. Qanunu pozanlar 500 min bata qədər (təxminən 15 min ABŞ dolları) cərimələnəcək.
Rəsmilər bəyan edib ki, yeni qanunun qəbulu bütün ölkə ərazisində kriptovalyuta ilə əməliyyatlara nəzarət və həmçinin vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır.