21 C
Baku
Saturday, May 4, 2024

“Paşa Sığorta” nizamnamə kapitalını 25 faiz artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Paşa Sığorta” şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiyanın yerləşdirilməsi 1000 manat nominalla 40000 səhmin 1250 manatlıq nominalla eyni həcmdə səhmə konvertasiyası yolu ilə aparılacaq.

Nəticədə şirkətin nizamnamə kapitalı 40 milyon manatdan 50 milyon manatadək artacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər