Yenilik sığortaçıların 56%-ni əhatə edir.
2014-cü ilin yanvar ayının 15-dən etibarən avtomobillərin icbari sığortalıların “Bonus – Malus” sinfi yenilənib.
Bu barədə məlumat İcbari Sığorta Bürosundan (İSB) alınıb.
Məlumatda deyilir ki, 2014-cü ildə sığorta müqaviləsini yeniləyən 106,580 sığortalıya sığorta haqqının 10%-ə qədər, 192,352 sığortalıya sığorta haqqının 5%-ə qədər güzəşt əmsalı tətbiq ediləcək.
Yenilənmə nəticəsində bu il sığortasını təzələyən 298 min 932 avtomobil sahibi üçün sığorta haqqı azalacaq.
Bu ümumi avtomobil sığortaçılarının təqribən 56%-i deməkdir.
Bunlardan 106 580 avtomobil sahibinin icbari sığorta haqqı 10% azalacaq.
192 352 sığortalı üçün isə sığorta haqqı 5% aşağı düşəcək.
Əvəzində, ötən dövr ərzində sığorta hadisəsi törətmiş 7 635 avtomobil sahibi üçün sığorta haqqı artacaq.
229 170 avtomobil sahibi üçün isə “Bonus – Malus” sinfi dəyişməyib.
Məlumatda qeyd olunur ki, son 2 ildə üç və ya daha çox sığorta hadisəsi törədən 22 sığortalıya cari ildə sığorta müqaviləsinin yenilənməsi zamanı sığorta haqqının 3 misli qədər Malus əmsalı tətbiq ediləcək.