Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding”in kapitalının 10% artırılaraq 1,65 mlrd. lirəyə çatdırılması qərara alınıb.
Bu barədə şirkət Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.
Məlumata görə, 150 mln. lirə məbləğindəki artım özəl fondlardan qarşılanacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında (“Borsa İstanbul”) dövriyyədədir.