“Əmanətlərin Sığortalanması Fondunun təşkilati strukturu optimallaşdırılıb”.
Bunu Müsahibəsində Fondun icraçı direktorunun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev deyib.
Onun sözlərinə görə, təşkilatı strukturda optimallaşdırma “Banklar haqqında” qanuna edilən dəyişikliklər və Fondun ləğvedici funksiyasını daha effektiv həyata keçirə bilməsi ilə əlaqədar aparılıb.
Qorunan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılmasına gəlincə, V.Abdullayev qeyd edib ki, hazırda Himayəçilik Şurası tərəfindən bununla bağlı dəyişiklik nəzərdə tutulmur.
V. Abdullayev əlavə edib ki, “Banklar haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlara bir neçə dəyişiklik nəzərdə tutulub: “Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə bu dəyişiklik layihələri üzərində işləyirik”.