Dünya bazarlarında neftin qiyməti artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 9 sent, yəni, 0.13% artaraq 71.58$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 16 sent, yəni, 0.20% bahalaşaraq 79.46$-a təklif olunub.